Fuad Heydər: "Paşinyan Ali Baş Komandanın qətiyyətli çıxışı qarşısında aciz duruma düşüb"

22:09 - 26 Oktyabr 2020 - SİYASƏT

Paşinyan cəbhədəki döyüşlərdə olduğu kimi bu platformada da Ali Baş Komandan İlham Əliyevə uduzaraq, onun yüksək peşəkarlığı və qətiyyətli çıxışı qarşısında aciz duruma düşüb. Bütün bunlar Azərbaycanın mübarizəsində haqlı olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda səfərbər olduğumuzu göstərir.

 

Nikol Paşinyan öz "Facebook" səhifəsində ermənilər üçün yeni “fəaliyyət planı”nı təqdim edib. Həqiqətən də gülünc doğuran bu addımlar onun nə qədər savadsız və dünya görüşü olmayan biri olduğunun sübutudur

 

Keçək erməni baş nazirin “möhtəşəm planlar”ına:

 

Addım 1. Könüllülər dəstəsi yaradın (ən azı 30 nəfərdən ibarət).

Addım 2. Bir komandir seçin.

Addım 3. Yerli hərbi komissarlıq ilə əlaqə saxlayın.

Addım 4. Hərbi hissələrin birində təhsili tamamlayın.

Addım 5. Vətəni qorumaq üçün cəbhə bölgəsinə gedin.

Addım 6. Qələbə.

 

Onun planı isə erməni ictimaiətində aqresiya doğurub. Bir çox ermənilər şərhlər yazaraq Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildirib. Ümumiyyətlə erməni seqmentlərinə nəzər yetirsək görərik ki, ölkədə Paşinyana etimad göstərən bir nəfər belə yoxdur. Səbəbi isə çox sadədir. Paşinyanın yürütdüyü siyasət erməilərin məhvinə yönəlib. Dağlıq Qarabağ Ermənistan deyil və Nikol Paşinyanın dedikləri Ermənistan dövlətinin işğalçı mahiyyətini ortaya qoyur. Əgər dünya birliyi Dağlıq Qarabağı tanımırsa, amma təcavüzkar siyasətini gizlətməyən bir respublikanın lideri belə bir ifadə işlədirsə, o zaman münaqişənin həlli ilə məşğul olduqları görüntüsünü yaradan Minsk qrupunun həmsədrləri məlum açıqlamaya reaksiya verməlidir. Azərbaycanın gücü, qüdrəti, diplomatiyası, hər bir mövcudluğu ölkə başçısının bütünlüklə özündə bir Azərbaycan kimi Ermənistan baş naziri Nikol Paşinyanın qarşısında durdu. Ölkə başçısı bir daha dünyaya bəyan etdi ki, millətlərin, xalqların öz müqəddaratını təyinetmə hüququndan istifadə edən Paşinyan, Sarkisyan kimi bu cür sərsəmlər sanki dünyanın özünü aldatmaq istəyirlər. Digər məqam Paşinyanın gülünc hədəfə çevrilməsi səhnəsi idi. Paşinyan hakimiyyəti mövcud durumda nə edəcəyini bilmir və Fransa, Rusiya və ABŞ-ın dəstəyinə ümid etməyə başlayıb. Ermənistan hakimiyyəti ümid edirdi ki, rəsmi Bakı xarici dövlətlərin məlum bəyanatından sonra hərbi əməliyyatları dayandıracaq. Lakin Azərbaycan dövlətinin qətiyyəti Paşinyan hakimiyyətinin arzusunu ürəyində qoydu.

 

Fuad Heydər

YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini, politoloq

Xəbər xətti