Erməni əsgərlər döyüş meydanından qaçır - Paşinyan etiraf etdi

20:21 - 26 Oktyabr 2020 - Xəbər

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə silahlı qüvvələrinin əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını etiraf edib.

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın hökumət başçısı feysbukda canlı yayımda bildirib.
O həmçinin qeyd edib ki, bu, taleyüklü məqamdır və ermənilərin heç biri onlara kömək ediləcəyinə ümid bəsləməməlidir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığı və fərariliyini əks etdirən videogörüntülər yayılır.

 

Xəbər xətti