Gürcüstanda tibbi maskadan istifadə məcburi ola bilər

12:42 - 26 Oktyabr 2020 - Xəbər

Gürcüstanda tibbi maskadan istifadə göstəricisi təxminən 60-64% təşkil edir.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, bu göstərici 95% səviyyəsində olmalıdır: “Bu göstəriciyə nail olunsa, koronaviusa yoluxma sayı əhəmiyyətli dərəcədə azalacaq”.

Mərkəz rəhbəri qeyd edib ki, Gürcüstanda tibbi maskadan istifadənin məcburi olacağı barədə qərarın qəbulu istisna edilmir.///report

Xəbər xətti