Bakıda koronavirusa ən çox yoluxmanın olduğu rayon AÇIQLANIB

10:02 - 25 Oktyabr 2020 - Xəbər

Paytaxtın rayonları üzrə koronavirus infeksiyasına yoluxma statistikası açıqlanıb.

Ucnoqta.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Binəqədi rayonunda qeydə alınıb. Bu rayon üzrə yoluxma 14.5 faizdir.

Xətaidə yoluxma 12.6 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.6 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 7.9 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 7.0 faiz, , Xəzərdə 5.7 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Xəbər xətti