Bakıda kütləvi dava- 1 nəfər bıçaqlanıb

23:41 - 24 Oktyabr 2020 - HADİSƏ

Bakının Qaradağ rayonunda kütləvi dava düşüb.  

Hadisə Qobustan qəsəbəsində baş verib.
1970-ci il təvəllüdlü Nağıyev Valeh Mirağa qızı kütləvi dava zamanı bıçaqlanıb. 1964-cü il təvəllüdlü Nağıyev Bəkir İsmayıl oğlu, 1991-ci il təvəllüdlü Nağıyev Cəmil Bəkir oğlu və 1996-cı il təvəllüdlü Nağıyev Abit Bakir oğlu dəmir boru vasitəsilə döyülüb.

Xəsarət alan 4 nəfər 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.///Apa

Xəbər xətti