Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib

Bu gün axşam saat 19 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, rayonun Şəki kənd sakini, 1978-ci il təvəllüdlü Eldar Şükür oğlu Mehdiyev idarə etdiyi “VAZ 2106” markalı, 55 BN 153 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Sonra minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı sürücü E.Mehdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

 

Tarix
24 Oktyabr 2020 [20:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-24 20:30:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin