Şəxsi evdə dəhşətli yanğın baş verdi; 4-ü uşaq olmaqla, 5 nəfər öldü - FOTO

Yakutiya Respublikasında şəxsi evdə baş verən yanğında bir ailənin 5 üzvü yanaraq dünyasını dəyişib. Ucnoqta.az xəbər verir ki, hadisə Namsk rayonunun Krest-Kıtıl kəndində qeydə alınıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin regionla qrupundan məlumat verilib.

İlkin məlumata görə, yanğın kabellərdən yaranan qısa-qapanmadan baş verib.

Bildirilir ki, yanğınla mübarizə xidmətinin əməkdaşları yanan evdən qadın və dörd uşağın cansız bədənini aşkar ediblər. Daha bir kişi isə xəstəxanaya çatdırılıb.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

Tarix
24 Oktyabr 2020 [09:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-24 09:38:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin