"Qarabağ"ı qonaq etməkdən qürur duyacağıq" - "Başakşehir"in prezidenti

"Dünən klubun binasında gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Avropa Liqasında mübarizə aparan Azərbaycanın "Qarabağ" komandasına evdə oyun keçirməyə icazə vermir, onlara fərqli ölkələrdə oynamaq variantı təklif olunub".

Bu fikirləri Türkiyənin "Başakşehir" klubunun prezidenti Göksel Gümüşdağ "Anadolu"ya müsahibəsində "Qarabağ"ın I qrupunun II turunda İspaniya "Vilyarreal"ı ilə oyununun İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionuna salınması barədə danışarkən deyib.

O bildirib ki, variantlar arasında Türkiyə də olub: "Qarabağ" tərəfi da UEFA və "Başakşehir" klubu icazə verərsə, burada oynamaq istədiyini bildirib. Mən də baş direktorumuza dedim ki, Azərbaycan və "Qarabağ"lı can qardaşlarımızın hamısını burada qonaq etməkdən qürur və xoşbəxtlik duyacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam klubu ölkədəki vəziyyətlə əlaqədar ev qarşılaşmalarını neytral meydanda keçirməlidir.///report

Tarix
23 Oktyabr 2020 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-23 16:37:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin