"WhatsApp"da yazışmaları qoruyacaq yeni funksiya işə salınacaq

14:19 - 23 Oktyabr 2020 - Xəbər

"WhatsApp" messencerində tezliklə istifadəçi məlumatlarının məxfiliyi ilə əlaqəli yeni funksiya tətbiq olunacaq.

"APA-Economics"in "WABetaInfo"ya istinadən verdiyi məlumata görə, söhbət sifət cizgilərinin tanınması sisteminin tətbiqindən gedir. Bənzər funksiya əvvəllər yalnız "FaceID"si olan "iOS" cihaz sahibləri üçün mövcud idi.

Yeni funksiyanın nə zaman işə salınacağı barədə məlumat verilmir.

Xəbər xətti