Avtomobilin ağırlığına tab gətirməyən körpü çökdü; 5 nəfər öldü

07:44 - 23 Oktyabr 2020 - HADİSƏ

Kolumbiyanın şimal-qərbində asma körpünün çökməsi nəticəsində 5 nəfər dünyasını dəyişib. Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 22-də Nekokli bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə “La FM” radiostansiyası məlumat verib.

Məlumata görə, furqon çay üzərində yerləşən asma körpüdən hərəkət etmək istəyib. Lakin, maşının ağırlığına tab gətirə bilməyən körpü uçub.

Bildirilir ki, ölənlərin hamısı avtomobilin sərnişinləri olub.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

Xəbər xətti