Ermənistan ordusunun daha iki polkovniki məhv edildi

18:12 - 20 Oktyabr 2020 - DÜNYA

Azərbaycan hərbçilərinin torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin polkovnikləri - Aşot Kazaryan və Geqam Qabrielyan məhv edilib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Aşot Kazaryan N saylı hərbi hissənin komandir müavini, Geqam Qabrielyan isə N saylı hərbi hissənin qərargah rəisinin müavinidir.

Xəbər xətti