İlham Əliyev: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik

Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü.

 Prezident İlham Əliyev bu fikirləri xalqa növbəti müraciətində səsləndirib.

Otuz il ərzində Ermənistan rəhbərliyinin öz dırnaqarası güclü ordusu haqqında uydurmalar ortaya atdığını, miflər yaradığını qeyd edən dövlətimizin başçısı deyib: “Haradadır bu “yenilməz Ermənistan ordusu”?. Görün, baxın, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq”.

 

Tarix
20 Oktyabr 2020 [16:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-20 16:35:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin