Kömür mədənində partlayış oldu; 4 ölü, 1 yaralı

07:44 - 20 Oktyabr 2020 - HADİSƏ

Çində kömür mədənində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 20-də yerli saatla 02:00 radələrində Şansi əyalətində qeydə alınıb. Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, partlayış baş verən şaxta “Lu'an Group” şirkətinə məxsus olub.

Qəzanın qaz sızmasından baş verdiyini ehtimal edilir.

Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

Xəbər xətti