Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb - Prezidentin köməkçisi

Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib: "Azərbaycan Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək Azərbaycanda olan iki yaralı erməni əsirinə lazımi tibbi yardım göstərdi. Eyni zamanda, onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər".

 

Tarix
19 Oktyabr 2020 [17:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-19 17:30:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin