Dünyada Covid-19-a yoluxanların sayı 40 milyona çatıb

13:33 - 19 Oktyabr 2020 - DÜNYA

Dünyada Covid-19-a yoluxanların sayı 40 milyon nəfərə çatıb. Ucnoqta az xəbər verir ki, bu barədə ABŞ-ın Jhon Hopkins universiteti federal, yerli və xarici KİV-lərə istinadən məlumat yayıb.

Son məlumatlara görə, dünyada 40 050 902 infeksiyaya yoluxma qeydə alınıb. Onlardan 27 503 601 sağalıb, 1 113 750-si isə dünyasını dəyişib.

Koronovirusa yoluxanların böyük əksəriyyəti ABŞ-ın (8 154 936), Hindistanın (7 550 273) və Braziliyanın (5 224 362) payına düşür.

 

Namiq Musayev

Xəbər xətti