Ermənistanın silahlandırılması işğalçıya dəstəkdir - TBMM sədri

10:25 - 19 Oktyabr 2020 - Xəbər

ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildir həll etmirdi.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda jurnalistlərlə görüşündə deyib.

M.Şentop bildirib ki, Minsk qrupunun həmsədr ölkələri Ermənistana silah yardımı edir:

“Ermənistan işğalçı bir dövlətdir. Onun silahlandırılması işğalçıya olan dəstəkdir. Azərbaycan haqq yolundadır, ədalət yolundadır. Biz də haqlı olaraq Azərbaycanın yanıdayıq”.///trend

 

Xəbər xətti