Heyət üzvləri batan gəmidən 24 nəfəri xilas etdilər

10:33 - 19 Oktyabr 2020 - HADİSƏ

ABŞ-da kruiz laynerinin heyət üzvləri batmaqda olan gəmidən 24 nəfəri xilas ediblər. Ucnoqta.az xəbər verir ki, hadisə Atlantik okeanında, təxminən Florida ştatından 60 kilometr cənub-şərqdə baş verib. Bu barədə “ABC” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hələlik müəyyən olunmayan səbəblərdən batan gəmidə olan sərnişinlər “Carnival Cruise Lines” kruiz laynerinin heyəti tərəfindən təxliyə ediliblər. Onlar daha sonra isə sahil mühafizə xidmətinə təhvil veriliblər.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

 

Namiq Musayev

Xəbər xətti