Yay məktəbinə məxsus təyyarə qəzaya uğradı; 1 nəfər xəsarət alıb

09:18 - 19 Oktyabr 2020 - HADİSƏ

Kolumbiyanın Boqota şəhərində yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə Guaymaral aeroportu yaxınlığında qeydə alınıb. Bu barədə oktyabrın 18-də Mülkü Aviasiya İdarəsinin “Twitter” səhifəsində məlumat yayımlanıb.

Məlumata görə, “Aeroandes” yay məktəbinə məxsus hava gəmisində yalnız 1 tələbə olub.

Bildirilir ki, o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralı xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir.

Faktla əlaqədar hadisə yerinə mütəxəssislər cəlb olunub.

 

Namiq Musayev

Xəbər xətti