“Gərginlik dövrü bitdi, o səhifə bağlandı”- Fransanın Azərbaycandakı səfiri

21:12 - 18 Oktyabr 2020 - Xəbər

Prezident Emmanuel Makron və Prezident İlham Əliyev arasında son həftələr sıx təmas olub.

Bu sözləri Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” hesabında yazıb. 

Səfir sözlərini belə davam etdirib:
“Doğrudur son zamanlar bəzi gərginliklər oldu, amma iki liderin bir-birinə qarşı hər zaman yüksək hörməti olub. Prezident İlham Əliyev son zamanlar yaşanan gərginlik dövrünün bitdiyini söylədi: O səhifə bağlandı. Əslində, mən də bunun üçün çox minnətdaram”.///oxu.az


Xəbər xətti