Azərbaycanda daha 34 şagirddə koronavirus aşkarlanıb

18:52 - 17 Oktyabr 2020 - Xəbər

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 7, işçi sayı 6 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 34, işçi heyətinin sayı 21 olub.

 

Xəbər xətti