İran səfirliyi Gəncə şəhərinə hücumu sərt şəkildə pislədi

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi ötən gecə Ermənistanın Azərbaycanın Gəncə şəhərinə edilən raket hücumunu, nəticədə bir neçə mülki vətəndaşın həlak olması və yaralanmasını sərt şəkildə pisləyir.


Bu barədə İranın Azərbyacandakı Səfirliyindən məlumat verilib.

İran səfirliyi bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək müharibə cinayətidir və dərhal dayandırılmalıdır.

İran səfirliyi əlavə edib ki, İran həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir./report

Tarix
17 Oktyabr 2020 [12:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-17 12:57:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin