Gəncədə müvəqqəti Operativ Qərargah yaradılıb

11:36 - 17 Oktyabr 2020 - Xəbər

Ermənistan Ordusunun Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutması nəticəsində yaranan problemlərin də həlli ilə bağlı müvəqqəti Operativ Qərargah yaradılıb.

APA-nın məlumatına görə, Qərargah hadisə nəticəsində evləri dağılan, qalacaq yerləri olmayan sakinlərin müvəqqəti yaşayış yerləri ilə təmin olunması, bəzi ehtiyaclarının qarşılanması ilə məşğul olur.

 

Xəbər xətti