Azərbaycan Prezidenti: “Dinc əhaliyə əməliyyat raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir”

“Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb”.

Bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı soydaşlarımıza şəfa diləyib:

“Bu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır. Demək olar ki, hər gün Ağdam, Tərtər, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır, bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2000-dən çox ev dağıdılıb ya da ki, bu evlərə çox böyük ziyan dəyib. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz. Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Və onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. 

Tarix
17 Oktyabr 2020 [11:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-17 11:04:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin