Gəncə terrorunun cavabı Ermənistan siyasi rəhbərliyi üçün çox ağır olacaq - Baş prokuror

Təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyi yenidən mülki şəxsləri hədəfə alıb.

Bunu Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində dağılan ərazidə olan Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən ermənilər mülki əhalini hədəf alıb: "Biz onu müşahidə edirik ki, döyüş bölgəsində məğlubiyyətə uğrayan Ermənistan ordusu yaşayış məntəqələrinə şiddəti artırır, dinc sakinləri hədəf alır. Bu, bəşəriyyət əleyhinə olan cinayətdir. Bunun Ermənistan siyasi rəhbərliyi üçün cavabı çox ağır olacaq. Azərbaycan rəhbərinin hərtərəfli uğurlarına görə Ermənistan siyasi rəhbərliyi terora əl atmağa başlayıb. Amma onlar bununla mülki əhalini qorxuda bilməyəcək. Gəncə əhalisi mərd, qorxmazdır, heç nədən çəkinmir qorxmurlar. Qələbə bizimlədir".///trend

Tarix
17 Oktyabr 2020 [09:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-17 09:45:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin