Açıq dənizdən 2 ton kokain aşkarlanıb - FOTO

08:00 - 16 Oktyabr 2020 - HADİSƏ

Meksika sahilləri yaxınlığında külli miqdarda narkotik vasitə tapılıb. Ucnoqta.az xəbər verir ki, hadisə Rerrero ştatının Akapulko limanından 601 kilometr cənub-şərqdə qeydə alınıb. Bu barədə Hərbi Dəniz Donanması (HDD) Nazirliyinin rəsmi “Twitter” səhifəsində  məlumat verilib.

Bildirilir ki, donanma qüvvələri açıq dənizdən 95 kisə olmaqla ümumilikdə 2 ton kokain aşkar ediblər.

Nazirliyin məlumatına görə, yük, ərazinin coğrafi işarələnməsini aparan təyyarənin radio avadanlığı tərəfindən aşkarlanıb.

 

Namiq Musayev

 

Xəbər xətti