Qadın təmizkar olduğunu sübut etmək üçün unitazdan su içdi – VİDEO

09:19 - 14 Oktyabr 2020 - MARAQLI

Çində qadın təmizkar olduğunu sübut etmək üçün unitazdan su içib. Ucnoqta.az xəbər verir ki, qəribə hadisənin görüntüləri Şantunq bölgəsində qeydə alınıb.

Kadrlarda, təmizlik şirkətində işləyən bir qadının iş verən şəxslər və çəkiliş qrupu qarşısında  plastik fincan götürərək unitazdan su götürüb içdiyi görülür.

Şirkət videonu reklam üçün sosial şəbəkədə paylaşıb. Qadının bu hərəkətinə baxan izləyicilər isə, bunun rəhbərlik tərəfindən güclə etdirildiyini iddia edərək narazılıqlarını bildiriblər.

Ardınca, qadının işlədiyi şirkətdən açıqlama verilib ki, o, bu reklama artıq 2 ildir ki, öz istəyi ilə çəkilir. 

 

Namiq Musayev

 

3

Xəbər xətti