Orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı oktyabrın 9-na olan vəziyyət açıqlanıb.
Təhsil Nazirliyinin məlumatına görə, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Məlumatda bildirilir ki, daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb.
Hazırda distant təhsilə keçmiş siniflərin sayı isə 7-dir.
Əyani təhsilə keçmiş siniflərin sayı 1-dir.
İndiyə qədər ölkə üzrə 2 məktəb və 36 sinifdə tədris dayandırılıb, onlar distant təhsilə keçirilib.