Ucnoqta.az
www.ucnoqta.az

Daha 20 şagirddə koronavirus aşkarlanıb

14:49 - 9 Oktyabr 2020 tarixində dərc olunub.

Orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı oktyabrın 9-na olan vəziyyət açıqlanıb.

Təhsil Nazirliyinin məlumatına görə, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Məlumatda bildirilir ki, daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

Hazırda distant təhsilə keçmiş siniflərin sayı isə 7-dir.
Əyani təhsilə keçmiş siniflərin sayı 1-dir.

İndiyə qədər ölkə üzrə 2 məktəb və 36 sinifdə tədris dayandırılıb, onlar distant təhsilə keçirilib.

Müəllif: