Mühərrik ustası avtomobil hissələrindən rock musiqiçi hazırladı - FOTOLAR

19:27 - 8 Oktyabr 2020 - AVTO

Türkiyənin Düzce vilayətində mühərrik ustası tullantı avtomobil parçalarından insan hündürlüyündə gitara ifa edən rock musiqiçi hazırlayıb. Ucnoqta.az yerli KİV-ə istinadən xəbər verir ki, Murad Çətin adlı usta əsərini tullantı avtomobil hissələrindən 3 ay ərzində başa gətirib və düzəltdiyi rock musiqiçisini işlədiyi təmir sexində nümayiş etdirir. 

Onun sözlərinə görə, təmir üçün gələn avtomobil sahibləri, gördükləri “rock”çunu maraqla izləyərək bir sonrakı gəlişlərində uşaqlarını da özləri ilə gətirirlər. Onlar fotoşəkillər çəkdirərək sosial şəbəkədə paylaşır və şəbəkə istifadəçilərinin bütün şərhlərini mənimlə bölüşürlər.

Çətin qeyd edib ki, o, bundan əvvəl tullantı hissələrdən minyatür motosiklet, şəkilçəkən, avtomobil və bir sıra obyektlər də hazırlayıb. Usta növbəti hədəfinin 3 metr hündürlükdə əlində Türk bayrağı daşıyan əsgər düzəltmək olduğunu söyləyib.

 

Namiq Musayev

 

Xəbər xətti