Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib - VİDEO

16:11 - 28 Sentyabr 2020 - Xəbər

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Xəbər xətti