"Bu, Azərbaycan xalqının tarixində böyük Vətən Müharibəsidir"- Prezidentin köməkçisi

11:32 - 28 Sentyabr 2020 - Xəbər

“Azərbaycana qarşı müharibə başlayıb. Belə bir çətin dönəmdə Azərbaycan xalqı səfərbərdir".

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycan xalqının tarixində də böyük bir Vətən Müharibəsidir: "Azərbaycanda hərbi vəziyyət elan olunub. Bu gün də qismən səfərbərliklə bağlı ölkə başçısı sərəncam imzalayıb".

Xəbər xətti