G20 liderləri sammitinin vaxtı dəyişdi

09:07 - 28 Sentyabr 2020 - DÜNYA

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səudun sədrliyi ilə "G20" zirvə görüşü 21-22 Noyabr tarixlərində onlayn formatında keçiriləcək.

Bu barədə "G20" ölkələrinin birgə bəyanatında bildirilib.
Qeyd edilib ki, 2020-cil il G20 zirvə görüşü virtual formatda 21-22 Noyabr tarixlərində keçiriləcək:

"Qarşıdakı G20 zirvə toplantısı insanların həyatını qorumağa və [iqtisadi] artımın bərpa etməyə yönəldiləcək".

Bəyanatda G20 ölkələrinin pandemiyaya qarşı mübarizədə oynadığı rolu vurğulanıb. Vaksinlərin istehsalına və paylanmasına və əhalinin müalicəyə əlçatanlığının təmin olunmasına 21 milyard dollar sərf olunub, bundan başqa G20 ölkələri qlobal iqtisadiyyatı dəstəkləmək üçün 11 trilyon dollar ayırılıblar.

Xəbər xətti