Goranboyda “KamAZ” minik avtomobili ilə toqquşub- ölən var

17:30 - 26 Sentyabr 2020 - HADİSƏ

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb. “KamAZ” markalı yük maşını minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü, 1961-ci il təvəllüdlü Nəbiyev Fariz Cəmil oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti