Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkarlandı

13:04 - 26 Sentyabr 2020 - Xəbər

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib. Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb. Ş.Kamilov küçəsində yerləşən “Olympus PUB” restoranında sanitar-epidemioloji qaydaları pozan üç işçi və beş müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub. Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

Xəbər xətti