Ləğv olunan 4 bankın əmanətçilərinə 535 mln. manata yaxın kompensasiya ödənilib

Bu ilin iyunun 16-dan sentyabrın 24-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 191,21 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) Ucnoqta.az-a verilən məlumata görə, "AGBank" üzrə 4 065 əmanətçiyə 78,40 mln. manat, "NBCBank" üzrə isə 3 887 əmanətçiyə 112,81 mln. manat kompensasiya verilib.

İyunun 1-dən sentyabrın 24-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 343,21 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 544 əmanətçiyə ödənilən məbləğ 131,83 mln. manat, "Atabank" üzrə isə 9 108 əmanətçiyə 211,37 mln. manat kompensasiya verilib.

Ümumilikdə, sentyabrın 24-nə ləğv prosesində olan 4 bank üzrə 22 604 əmanətçiyə 534,43 mln. manatdan çox kompensasiya ödənilib.
Fond tərəfindən son bağlanan banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi yekunlaşmaq üzrədir, tam ödənilmə prosesi qısa zaman ərzində qanunla müəyyən olunan qaydada yekunlaşdırılacaq.

Tarix
25 Sentyabr 2020 [18:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-25 18:40:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin