Gürcüstanda daha 265 nəfər koronavirusa yoluxub

11:48 - 25 Sentyabr 2020 - DÜNYA

Gürcüstanda son sutkada daha 265 nəfərdə koronavirus aşkarlanıb, 54 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 4 664-ə, sağalanların sayı isə 1 759-a çatıb. Xəstəlikdən 26 nəfər vəfat edib.

Hazırda karantində 5 584, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 781 nəfər xüsusi otellərdə müalicə olunur.///report

Xəbər xətti