Bakıda 39 yaşlı kişi özünü yandırıb

14:19 - 24 Sentyabr 2020 - HADİSƏ

Bakıda bir nəfər özünü yandırıb.

Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib. Bu barədə Səbail rayon Polis İdarəsindən məlumat daxil olub.
1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqan əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da, hadisəni törətməsinə səbəb olub.

O, 5 saylı şəhər klinik xəstəxanasının yanıq mərkəzinə aparılıb. Zərərçəkənin bədən səthinin 50%-nin yandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.///oxu.az

Xəbər xətti