Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin gecə təlimlərindən görüntülər yaydı- Video

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, senariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Təlimlər zamanı pilotlar həmçinin, şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Tarix
24 Sentyabr 2020 [14:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-24 14:10:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin