Bakıda sərnişin avtobusu qəzaya uğradı

11:58 - 24 Sentyabr 2020 - HADİSƏ

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində baş verib.
125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus yolda digər avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər xətti