“Qarabağ münaqişəsinin yeganə həll yolu torpaqların erməni işğalından azad olunmasıdır” -Emin Ağalarov- VİDEO

“Crocus Group”un birinci vitse-prezidenti və məşhur azərbaycanlı müğənni Emin Ağalarov Rusiyanın RBK kanalında yayımlanan “Bu nə deməkdir?” proqramında qonaq olub.

Bir sıra məsələlər barəsində sualları cavablandıran Emin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuya da toxunub.
O, Rusiya vətəndaşı olsa da, özünü azərbaycanlı hesab etdiyini bildirib və əlavə edib ki, münaqişənin yeganə həll yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsidir.

Emin Ağalarov fikrinin davamında vurğulayıb ki, bu məsələdə yeganə yol konfliktin Azərbaycanın maraqları doğrultusunda həll edilməsidir.
Sözügedən görüntüləri təqdim edirik:


​///oxu.az

Tarix
23 Sentyabr 2020 [23:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-23 23:25:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin