Bakıda ərinin dostu tərəfindən qaçırılan 21 yaşlı gəlin ailəsinə qaytarılıb

Bakıda ailəli olan gənc qadının ərinin dostu tərəfindən qaçırılması ilə bağlı yeni xəbər var.

Binəqədi qəsəbəsi ərazisindən qaçırılan 1999-cu il təvəllüdlü Aysel Məmmədova (ad və soyadlar şərtidir) yaxın qohumlarının və polisin iştirakı ilə tapılaraq ailəsinə qaytarılıb.

Qeyd edək ki, ilkin olaraq sentyabrın 21-də Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinə A.Məmmədovanın itkin düşməsi barədə müracit daxil olub. Ailə üzvləri 21 yaşlı qadının naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını, onunla əlaqə saxlaya bilmədiklərini deyiblər.

Dərhal polis əməkdaşları hadisəni araşdırıblar və məlum olub ki, ailəli və 1 uşaq anası olan qadın onun ərinin yaxın dostu Ənvər Əliyev (ad və soyad şərtidir) tərəfindən evlənmək məqsədilə qaçırılıb.///publika.az

Tarix
23 Sentyabr 2020 [13:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-23 13:14:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin