Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub

18-20 sentyabr tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb.

Vakant yer tutmuş namizədlər 25 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

Tarix
23 Sentyabr 2020 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-23 12:20:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin