"Bunu belə etməzlər"- Deputat "Pikap"ların yığılmasından DANIŞDI

“Pikapların müharibə məqdəsləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub, orası doğru (başqa ölkələrdə də var). Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər”.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli deyib.

Millət vəkilinin sözlərinə görə, öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir): 

"Prezident bunu etməyib. Odur ki, polis bu kontektsdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). Pikap və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Dövlət üçün də rahat olar, mülkiyyətçilər üçün də”, - ReAl-çı deputat əlavə edib.

Tarix
23 Sentyabr 2020 [10:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-23 10:31:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin