Qubada 16 yaşlı yeniyetmə özünü asıb

Quba rayonunda intihar hadisəsi baş verib. 

Hadisə Püstəqasım kəndində qeydə alınıb. Belə ki, Rustov kənd inzibati ərazi dairəsinin tərkibində olan Hacağalar kənd sakini, 2004-cü il təvəllüdlü Ülvi Rufət oğlu Mustafayev özünü Püstəqasım kənd sakini Sultan Yəhyayevin evinin həyətyanı sahəsində asıb.

Məktəbli Püstəqasım kənd sakinləri ilə birlikdə bir müddətdir alma yığmağa gedirmiş. Ancaq bu gün işə getməyərək Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin evin həyətyanı sahəsində tut ağacından asılmış vəziyyətdə görüblər.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.///report

Tarix
22 Sentyabr 2020 [21:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-22 21:47:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin