Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova vəzifə verildi

11:15 - 22 Sentyabr 2020 - Xəbər

Yumoristik video dublyajları ilə gündəmə gələn Ərtoğrul Kamalova vəzifə verilib.

Ucnoqta.az xəbər verir ki, o, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında Operativ Qərargahla bağlı hazırladığı videolar bir müddət öncə Prezidentin köməkçiləri Şahmar Mövsümov və Hikmət Hacıyev tərəfindən müsbət qiymətləndirilmişdi. Prezidentin köməkçiləri onu Prezident Administrasiyasına dəvət edib, görüşmüşdülər.

Xəbər xətti