Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
İlkin məlumata görə 0,5 hektar sahədə qamışlıq və kol-kos yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.