Messidən Vidala: "Bizim yollarımız yenidən kəsişəcək”

18:16 - 21 Sentyabr 2020 - İDMAN

“Barselona”nın hücumçusu Lionel Messi “İnter”ə transfer olunan yarımmüdafiəçi Arturo Vidala müraciət edib.

Argentinalı futbolçu onunla birlikdə eyni komandada oynamağın xoşbəxtlik olduğunu qeyd edib.
“İki il ərzində çox şeylər yaşadıq, sən isə özünə diqqət yetirməyə məcbur etdin. Soyunub-geyinmə otağı sənin üçün darıxacaq, Arturo!”, - deyə Messi bildirib.

L.Messi həmçinin A.Vidala yeni klubunda hər şeyin ən yaxşısını arzu edib.
“Şübhə etmirəm ki, bizim yollarımız yenidən kəsişəcək”, - deyə L.Messi əlavə edib.

Xatırladaq ki, A.Vidal “Barselona”ya 2018-ci ildə keçib. Futbolçu meydanda olduğu 96 qarşılaşmada 11 qol vurub.///oxu.az

Xəbər xətti