Azərbaycan Güləş Federasiyasının yeni prezidenti məlum oldu -RƏSMİ

16:53 - 21 Sentyabr 2020 - Xəbər

Azərbaycan Güləş Federasiyasının (AGF) yeni prezidenti müəyyənləşib. 


Bu vəzifədən istefa vermiş sabiq vergilər naziri Fazil Məmmədovu Namiq Əliyev əvəzləyib. Əliyev Məmmədovun rəhbərliyi dövründə I vitse-prezident kimi çalışıb, istefasından sonra isə federasiya prezidenti əvəzi olub.

Xəbəri "Report"a AGF-dən də təsdiqləyiblər. 

Qeyd edək ki, Namiq Əliyev həm də Dünya Güləş Birliyinin büro üzvüdür. Fazil Məmmədov isə AGF-yə 2007 - 2018-ci illərdə rəhbərlik edib.  O, hazırda Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarının prezidenti kimi qalır. /report


Xəbər xətti