Vətəndaş prokurorluq orqanlarına təşəkkür edib- Video

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib:

"Sirr deyil ki, Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunan çoxsaylı vətəndaşlar öz məmnunluqlarını ifadə edirlər. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunanlarla bağlı #sözvətəndaşda həştəqi altında videolar hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Təqdim olunan videomüraciətdə isə pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair Xətai Rayon Prokurorluğuna müraciət edən vətəndaş prokurorluq tərəfindən görülən işlərlə bağlı məmnunluğunu ifadə edib.

Videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.
​Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir", - məlumatda bildiirlib.

Tarix
21 Sentyabr 2020 [15:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-21 15:59:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin