Yeni serial mövsümü başlayır

15:22 - 21 Sentyabr 2020 - Mədəniyyət

Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır.

Ucnoqta.az xəbər verir ki, Oscar Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir. Azərbaycan teleməkanında maraqla izlənən,  “Youtube” kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı “UÇURUM” serialı  artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq.
Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftə içi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan “BİR QADIN” serialı 2-ci mövsümünə  sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru  Şahin Qəhrəman,  ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftə içi dörd gün yayımlanacaq.

Xəbər xətti